ABŞ-da növbəti hiber hücum

15 milyon nəfərin şəxsi məlumatları oğurlanıb

386417
ABŞ-da növbəti hiber hücum

ABŞ-da 15 milyon nəfərin şəxsi məlumatları oğurlanıb. ABŞ-ın ən böyük kredit hesabat agentlikləri son iki ildə 15 milyon T-mobile adlı GSM operatoru müştərisinə aid fərdi məlumatların hakerlər tərəfindən oğurlandığını açıqlayıb. Hücumla bağlı istintaq başladılıb.
Qeyd edək ki, ölkədə indiyə qədər hiber hücuma uğrayan digər təşkilatlar arasında “General Motors”, “Ford”, “DuPont”, “Dow Chemical”, “Motorola”, “Boeing”, “Cargill”, “Target”, “Amazon”, “AT & T” kimi beynəlxalq şirkətlər də yer alır.
Lakin, hakerlər yalnız şirkətləri və istehlakçıları hədəf almır. ABŞ-da federal təşkilatlarda işçilərin təhlükəsizlik araşdırması ilə məşğul olan ABŞ Personal İdarə Ofisi də ötən aylarda haker hücmuna məruz qalmışdı.
Bundan başqa ABŞ Vergilər İdarəsi 100 mindən çox vergi ödəyicisinə aid fərdi məlumatların hakerlər tərəfindən oğurlandığını da bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr