Müasir dövrün xəstəliyi stressə qarşı

Mütəxəssis-diyetoloq Şefika Aydın Selçuk məhdudlaşdıran və maneə törədən hadisələr qarşısında reaksiyaların yaratdığı stressdən azad olmaq və əsəbləşməmək üçün ipucları verir.

385576
Müasir dövrün xəstəliyi stressə qarşı

  Eyni cür qidalanmaq, qeyri-kafi karbohidrat qəbul etmək, həddindən artıq yağlı yemək, spirt və çox kafein qəbulu depressiyanı artırır, uzun müddət ac qalmaq və nizamsız bəslənmə qan şəkərini aşağı salır, əsəbilik və dözümsüzlük kimi vəziyyət yaradır. Bunun qarşısını almaq üçün maye içkilər, xüsusən bitki mənşəli alma və melisa çaylarından istifadə etməyi məsləhət görən həkim sağlam qidalanmanın stressi azaltdığını və stressin immunitet sistemini zəiflətdiyini deyir.

  Gündə ən az bir pay zülallı və bol C vitaminli qidalara yer verilməsi lazım olduğunu vurğulayan Selçuk: “Düzgün qidalanmadan başqa dərin nəfəs alıb-vermə texnikaları, boyun və bədən hərəkətləri, erkən saatda orta templi yürüş də ən yaxşı müalicə vasitələrindəndir”, deyə məsləhət görür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr