Robot istehsalı artmaqda davam edir

“Grand View Research” təşkilatının proqnozuna görə, 2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq.

339417
Robot istehsalı artmaqda davam edir

Hazırda Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır. Əgər müvafiq proqram təminatı, periferiya və mühəndis xidmətləri də bu seqmentə daxil edilsə, o zaman bu məbləğ 29 milyard dollar təşkil edir.
Çin hələ ki, bu sahədə lider ölkǝ deyil. İndi ölkədə hər 10 min işçiyə yalnız 30 robot (Koreya Respublikasında 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152) düşür. Dünyada isə hər 10 min işçiyə orta hesabla 62 robot düşür ki, bu da Çinin göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Bununla belə, 2017-ci ildə Çində dünyanın istənilən başqa ölkəsi ilə müqayisədə daha çox sənaye robotu olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr