Orqan nəqli dəri xərçənginə yol aça bilər

ABŞ-ın Con Hopkins Universitetinin alimləri ölkədə 1987-2010-cu illər arası orqan nəqli edilən 14 min xəstənin sağlamlıq məlumatlarını araşdırıb.

332096
Orqan nəqli dəri xərçənginə yol aça bilər

  Araşdırma zamanı orqan nəqli edilən xəstələrin dəri xərçənginə tutulma riskinin 2, ölüm riskinin isə 3 dəfə artıq olduğu ortaya çıxıb.

  Aradakı əlaqə tam müəyyənləşməsə də, alimlər təxmin edir ki, nəqldən sonra orqan probleminə mane olmaq məqsədiylə immunitet sistemini zəiflətmək üçün verilən dərmanlar xəstənin günəşin zərərli təsirlərinə daha çox məruz qalmasına səbəb olur.

  Alimlər orqan nəqli edilənlərin günəş kremi sürməyə diqqət göstərmələri və tez-tez həkimə getmələrini məsləhət görür.

  Araşdırmanın nəticələri "Journal of Investigative Dermatology" jurnalında dərc olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr