Solar İmpulse yeni dünya rekordu qırıb

Solar İmpulse günǝş batareyaları ilǝ işlǝyǝn tǝyyarǝlǝr üçün yeni dünya rekordu qırıb.

331529
Solar İmpulse yeni dünya rekordu qırıb

Solar İmpulse günǝş batareyaları ilǝ işlǝyǝn tǝyyarǝlǝr üçün yeni dünya rekordu qırıb.
“Solar İmpulse”ın isveçrǝli pilotu Andre Borşberg(Andre Borschberg) “ǝn uzun müddǝtli tǝk başına uçuş” rekordunu qırıb. Pilos Yapinayadan Havaiyǝ uçub.
Tǝyyarǝ Sakit Okeanı qǝt edǝrkǝn günǝş enerjisi ilǝ uçuşda mǝsafǝ vǝ uçuş müddǝti rekordlarını da qırıb.
Ekoyogiyaya dost olan tǝyyarǝ 7900 kilometrǝ yaxın mǝsafǝni qǝt edǝrǝk Havaiyǝ enib. Qeyd edǝk ki, tǝyyarǝ 9000 metr hündürdǝ 105 saat uçub. Havaidǝn sonra ABŞ-da Finiksǝ (Phoenix) gedǝcǝk.
İsveçrədə hazırlanan Solar Impulse 2 təyyarəsinin çəkisi 2,3 tondur. Təyyarədə 17 min ədəd günəş akkumulyatoru batareyaları ilə işlǝyǝn 4 elektrik mühərriki quraşdırılıb. Nəzəri cəhətdən təyyarə davamlı olaraq havada qala bilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr