Günəş şüası qəbul edərkən sağlığınızı itirməyin

Günəşın qızmar saatlarında günəş şüası (vannası) qəbul etmək dəri xərçəngi riskini artırır.

324502
Günəş şüası qəbul edərkən sağlığınızı itirməyin

  Bütün dünyada olduğu kimi, Türkiyədə də xərçəng xəstəliklərində artım müşahidə edilir. Xüsusən də dəri xərçəngi hər il minlərlə insanın canını alır.

  Mütəxəssislər yay aylarında saat 11.00-15.00 arası dənizə və hovuza girməməyi məsləhət görür.

  Bədənin D vitamini ehtiyacını təmin etmək və sümükləri möhkəmləndirmək üçün günəş şüası qəbul etməyin şərt olduğunu vurğulayan terapiya mütəxəssisi dr. Orhan Kaşlıoğlu sadəcə günəşin qızmar saatlarının dəri xərçənginə zəmin hazırladığını söyləyib.

  Dr. Kaşlığolu günəş şüası qəbul etmək istəyənlərə səhər saat 11.00-a qədər, axşamçağı isə 16.00-dan sonra günəşlənməyi tövsiyə edir.

  Təzyiq xəstələrinin günəşlənməsini təhlükəli hesab edən Kaşlıoğlu bunları deyib: "Günəşdə uzun müddət qalaraq duz və su itkisinə səbəb olunduğu üçün maddələr mübadiləsi pozulur, kramplar meydana gəlir, təzyiq aşağı düşür. Buna görə uzun müddət günəşdə qalmamaq, çox tərləməmək, təzyiq dərmanlarını isə nizamlı şəkildə qəbul etməyin faydası böyükdür."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr