Hava nəqliyyatı sistemlərində türk imzası

Alim hazırladıqları yeni texnologiyanın mövcud aerodromların müşahidə sistemlərinə asanlıqla inteqrasiya edilə biləcəyini deyib.

321234
Hava nəqliyyatı sistemlərində türk imzası

Orta Şərq Texniki Universitetinın araşdırmaçıları hava limanlarına nəzarətsiz daxil olduqları zaman uçuş təhlükəsizliyində risk meydana gətirən pilotsuz hava nəqliyyatını mənimsəyən və anında həyəcan siqnalı verən yeni bir texnologiya hazırlayıblar.
Universitetin Kompüter Mühəndisliyi bölümünün müəllimi Dr. Sinan Kalkan kiçik ölçülü pilotsuz vasitələrin vətəndaş və hərbi məqsədlərlə istifadəsinin getdikcə artdığını bildirib.
Pilotsuz vasitələrdən həvəskar və hobbi məqsəd ilə nəzarətsiz istifadənin xüsusilə hava limanlarında uçuşlara təhlükə yaratdığını deyən Sinan Kalkan yeni araşdırmalarının mahiyyətini izah edərək deyib ki, proqram kamera və ya fərqli sensorlardan gələn görüntüləri izləyərək mühafizə olunması lazım olan sahəyə hansısa pilotsuz vasitə daxil olub-olmadığını aşkar edir və dərhal həyəcan siqnalı çalır.
Alim hazırladıqları yeni texnologiyanın mövcud aerodromların müşahidə sistemlərinə asanlıqla inteqrasiya edilə biləcəyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr