375 milyon illik balıq qalığı aşkarlanıb
Kanadanın Şimal Qütbündəki Ellesmere Adasında aşkarlanan 375 milyon illik balığın skeleti paytaxt Ottavadaki Kanada Təbiət Muzeyində sərgilənib.
316264
Çikaqo Universitetinin paleontoloqları Neil Shubin və Edward Daeschler tərəfindən aşkarlanan balıq üzərində elmi araşdırmalar başladılıb. “Tiktaalik Rosease” adı verilən balıq qalığı 60 parçadan ibarətdir.
Qeyd edək ki, balıq qalığında, yüzgəç, bədəni tarazlıqda tutan tərəzi və qəlsəmələri var.