68 milyon illik dinozavr qalığı

Kanadanın Alberta əyalətində 68 milyon illik yeni bir növ dinozavr qalığı tapılıb.

293643
68 milyon illik dinozavr qalığı

  Kalqari (Calgary) şəhərindəki Royal Tirel (Tyrrell) Paleontologiya Muzeyinin işçisi Kaleb Braunun (Caleb Brown) verdiyi məlumata görə, əyalətin cənubundakı qızılxallı (forel) balıqların məşhur ovlanma bölgəsi olan Oldman çayında bir balıqçı 1,6 metr uzunluğunda bir qalıq gördüyünü xəbər verib.

  Qalığın bir qismi açıqda, digər qismi isə qaya parçasına yapışmış halda olub və çox çətinliklə oradan çıxarılıb.

  Broun həm qazıntı işlərinin ağır keçdiyini, həm də çoxbuynuzlu görünüşə malik olduğunu nəzərə alaraq dinozavr qalığına "Hellboy" adını verdiklərini söyləyib.

  Buynuzlu dinozavrların chasmosaurs və centrosaurs adlı iki ayrı-ayrı növlərdən yarandığı ehtimal edən Kaleb Broun bölgədə birdən çox Hellboy olduğunu təxmin etdiklərini bildirib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr