Solar İmpulse 2 (Si2) təyyarəsi məcburi eniş edəcək
Günǝş batareyalı Solar İmpulse 2 (Si2) təyyarəsi Yaponiyanın Naqoya şəhərində məcburi eniş edəcək.
Dünya aviasiyası(havaçılıq) tarixində ilk dəfə Yerətrafı səyahətə çıxmış Günəş batareyalı Solar İmpulse 2 (Si2) təyyarəsi Yaponiyanın Naqoya şəhərində məcburi eniş edəcək.
Layihənin rəsmi saytında verilǝn məlumata ǝsasǝn, Havay adaları istiqamətində hava şəraiti pisləşdiyinə görə tǝyyarǝnin Naqoyada məcburi enişi barədə qərar qəbul edilib.
Qeyd edǝk ki, günəş batareyaları ilə işləyən təyyarə martın 9-da Əbu-Dabidən havaya qalxıb. İndiyədək təyyarə Oman, Hindistan, Myanma və Çin də daxil olmaqla, altı yerdə eniş edib. Si2 təyyarəsinin qanadlarının ümumi uzunluğu 72 metr, çəkisi 2,35 tondur. Fyüzelyajın və qanadların üzərində yerləşən 17 min litium batareya dörd elektrik motorunu işə salır. Batareyaların gündüz vaxtı topladığı enerji gecə də uçmağa imkan yaradır.
Yerətrafı səyahətin bu ilin avqust-sentyabr aylarında Əbu-Dabidə başa çatdırılması planlaşdırılır.
Әlaqәli Xәbәrlәr

Türkiyədə Oppo marka smartfonun istehsalına başlandı
İstanbul Tuzlada qurulan fabrikdə Çinin Oppo adı ilə bilinən smartfonun sınaq istehsalına başlandı.