Süd vəzi xərçəngi diaqnozunda yenilik

Mikrodalğalı tomoqrafiya süd vəzi xərçənginin müəyyənləşdirilməsində çətinlik yaradan kiçik şişlərin belə təsbit olunması, xəstəliyin müalicəsini asanlaşdıracaq.

284784
Süd vəzi xərçəngi diaqnozunda yenilik

Türk alimlərin üzərində işlədiyi süd vəzinin mikrodalğalı tomoqrafiyası süd vəzi xərçənginin müəyyənləşdirilməsində çətinlik yaradan kiçik şişlərin belə təsbit olunması, xəstəliyin müalicəsini asanlaşdıracaq.
Layihənin rəhbəri professor Murat Özcan yeni mikrodalğalı tomografiyanın, şişin dəqiq ölçüsünü, şəklini, yerini və xüsusiyyətlrini təsbit edə biləcəyini qeyd edib.
Süd vəzi xərçənginin diaqnozunda istifadə edilən mamoqrafiyadan, qadınların yalnız 40 yaşından sonra istifadə edə bildiklərini vurğulayan Özcan, yeni cihaz sayəsində, hər yaşda olan pasientlərin və lazım gələrsə radiasiya kimi çətinlikdən çəkinməyərək hər gün istifadə edə biləcəklərini bildirib.
İstanbul Texniki Universitetinin professoru İbrahim Akduman və qrupunun yeniliyi olan bu cihaz Pekində Avropa Cərrahiyyə Birliyi (ESS) və Çin Cərrahiyyə Təşkilatı (CCS) tərəfindən təşkil edilən konqresdə mükafat qazanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr