Sivasın "həkim balıqları" Bosniya və Herseqovinada

“Həkim balıqlar” sədəf, ekzema və dermatit kimi xəstəliklərin də istifadə edilir

279637
Sivasın "həkim balıqları" Bosniya və Herseqovinada

Bəzi dəri xəstəliklərinin müalicəsi üçün istifadə edilən Sivasın Kangal bölgəsinin dünyaca məşhur “həkim balıqları”, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda xəstələri müalicə edir. Həm Türkiyədə həm də Avropada uzun illərdir müalicə məqsədi ilə istifadə olunan “Garra rufa” balıqları, Sarayevodakı tarixi “Başçarşı”da açılan mərkəzdə, dəri təmizləmək və masaj üçün istifadə edilir. Dişləri olmadığından, insanların dərisinə zərər verməyən, yalnız bədənlərindəki qabıq və ölü dəriləri təmizləyən “həkim balıqlar”ın, ağızlarındakı ferment sayəsində, xəstələrdə olan yaralar da müalicə olunur. “Həkim balıqlar” sədəf, ekzema və dermatit kimi xəstəliklərin müalicəsində də istifadə edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr