Türkiyədə 4 il ərzində böyüdülən robot uşaq

“iCub” adlı robot türk və ingilis dillərində danışır

246243
Türkiyədə 4 il ərzində böyüdülən robot uşaq

Türkiyəyə 4 il əvvəl gətirilən və bir körpə kimi müəyyən inkişaf müddətindən keçib insanlarla ünsiyyət qurmağı öyrənən “iCub” adlı robot, kiçik bir uşağın hərəkət və zəka xüsusiyyətlərini özündə cəmləşdirib. Uşağ fiziki xüsusiyyətlərinə sahib olan “iCub”, ad, sifət, hərəkətlərlə əlaqə qurub danışmağı öyrənib. “ODTÜ” Kompüter Mühəndisliyi Bölümünün üzvü Sinan Kalkan, “RobotCub” layihəsi çərçivəsində, “iCub” adlı uşaq robotun 4 il əvvəl “ODTÜ KOVAN” laboratoriyalarına gətirildiyini deyib. Kalkan, bu robotlardan yalnız 9 ölkədəki 30 laboratoriyada olduğunu bildirib. Uşaq robotun 140 santimetr boyunda və 22 kiloqram ağırlığında olduğunu söyləyən Kalkan, robot uşağın türkcə və ingiliscə danışmağı bacardığını da qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr