Marsda yeni su qaynaqları

227753
                    Marsda yeni su qaynaqları

ABŞ-ın Curiosity Mars aparatı bu planetdə suyun mövcudluğunu sübut edən yeni mineral su axarları aşkarlayıb. Bu barədə Mars aparatlarına nəzarət edən NASA-nın reaktiv hərəkət laboratoriyası bildirib.
Aparatın qarşısında Marsın əvvəlki iqliminin necəliyini, planetin geoloji quruluşunu, həmçinin suyun mövcudluğunu sübut edə biləcək vəzifə qoyulub.
Fotoşəkillərin köməyi ilə NASA mütəxəssisləri Şarpa dağı ətəyindəki Qarden-siti rayonunda əlvan və tutqun komponentlərdən ibarət iki tona yaxın mineral su axarlarının yerləşdiyini müəyyən ediblər. Alimlər bu mayenin, həmçinin ətrafdakı dağ süxurlarının kimyəvi tərkibinə də təsir etdiyinə əmindilər.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr