ABŞ Dünya Kubokunun Rusiyadan alınması üçün hərəkətə keçib

Aralarında həm Demokrat, həm də Respublikaçıların olduğu 13 nəfərlik senatorlar qrupu Rusiyanın Ukrayna ilə bağlı böhranı və Krımın işğalını səbəb göstərərək 2018-ci ilin Dünya Kubokuna ev sahibliyi haqqının Rusiyadan alınması üçün yazılı müraciət edib.

222089
ABŞ Dünya Kubokunun Rusiyadan alınması üçün hərəkətə keçib

  İçərisində Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Robert Menendez və Xarici Əlaqələr Paneli Avropa Komitəsinin sədri Ron Johnsonun da olduğu senatorlar qrupu FIFA-nın prezidenti Zepp Blatterə xitabən qələmə aldıqları məktubda yazıblar: “Rusiyaya Dünya Kubokunu keçirməyə icazə vermək Putin rejiminin prestijini layiq olmadığı halda artıracaq və Beynəlxalq cəmiyyətin böyük əksəriyyəti tərəfindən iqtisadi sanksiyalara məruz qoyulan bir ölkənin (Rusiyanın) maddi baxımdan rahatlanmasına imkan verəcək”.

  Xatırladaq ki, 2018-ci ildə Dünya Kuboku uğrunda səsvermədə Belçika, Hollandiya, İspaniya, Portuqaliya və İngiltərəni geridə buraxaraq Rusiya qazanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr