Space X-in kainata göndərdiyi ilk elektrikli peykləri

ABŞ-ın Kaliforniya mərkəzli kosmos şirkəti SpaceX yalnız elektriklə işləyən ilk peyklərini kosmosa buraxıb.

244201
Space X-in kainata göndərdiyi ilk elektrikli peykləri

  2002-ci ildə Elon Musk tərəfindən qurulan kosmos şirkəti SpaceX-in göndərdiyi iki peyk ABŞ-ın Florida ştatındakı Cape Canaveral üzərindən uçurdulub. Peyklər aylarla məsafə qət etdikdən sonra orbitə çatacaq.

  Peyklər ticarət rabitə xidmətinə pay qatmaq məqsədiylə istifadəyə verilib. Biri "Asiya yayım peyki", digəri isə Fransa mərkəzli "Eutelsat" telekomuniskasiya şirkətinindir.

  Bu iki peyk mobil, internet, video və rabitə xidmətlərini təmin edən 35 üzvlü ticarət şəbəkəsinin parçası olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr