Dünyanın ən böyük konteyner daşıyıcı gəmisi inşa edilir

Cənubi Koreya və dünyanın ən böyük üç gəmi istehsalçılarından biri olan “Samsung Heavy Industry” Yaponiyadan 4 konteyner daşıyıcı gəmisi üçün təxminən 620 milyon dollarlıq sifariş alıb.

244470
  Dünyanın ən böyük konteyner daşıyıcı gəmisi inşa edilir

  Gəmilər 4 futbol sahəsi böyüklüyündə bir göyərtə sahəsinə sahib olacaq və dünyanın ən böyük konteyner daşıyıcı gəmisi sayılacaq.

  “Samsung Heavy Industry” etdiyi şərhdə bildirib ki, “Şirkət 2017-ci ilə qədər Yaponiyanın Mitsui OSK Lines dəniz nəqliyyat firmasına 21 min konteyner daşıma gücünə malik ən böyük gəmini verəcək”.

  Gəminin uzunluğu 400, eni 58,8 və hündürlüyü 32,8 metr olacaq. Və uzunluğu 6 və eni ilə hündürlüyü 2,5 metr olan 21 min ədəd konteynerlər daşıya biləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr