Elm, Sǝnaye vǝ Texnologiya naziri Fikri İşık, İrana sǝfǝr edib

Elm, Sǝnaye vǝ Texnologiya naziri İşık, İnkişaf etmǝkdǝ olan ölkǝlǝr sırasındakı sǝkkiz ölkǝnin (D-8) Sǝnaye Nazirlǝrinin toplantısına qatılmaq mǝqsǝdi ilǝ İrana sǝfǝr edib.

200289
Elm, Sǝnaye vǝ Texnologiya naziri Fikri İşık, İrana sǝfǝr edib

Elm, Sǝnaye vǝ Texnologiya naziri Fikri İşık, İnkişaf etmǝkdǝ olan ölkǝlǝr sırasındakı sǝkkiz ölkǝnin (D-8) Sǝnaye Nazirlǝrinin toplantısına qatılmaq mǝqsǝdi ilǝ İrana sǝfǝr edib.
Nazir, sǝnaye sahǝsindǝki ǝmǝkdaşlığı konkret layihǝlǝr hǝyata keçirmǝyǝ vǝ daha çox inkişaf etdirmǝyǝ ehtiyac olduğunu deyib.
Tehranda keçirilǝn D-8 üzvü ölkǝlǝrin Sǝnaye Nazirlǝrinin Toplantısına qatılan nazir, üzv ölkǝlǝri daha çox mǝsuliyyǝt üzǝrlǝrinǝ götürmǝyǝ çağırıb.
Fikri İşık, D-8 üzvü ölkǝlǝr arasındakı ticarǝt hǝcminin hǝr il genişlǝndiyini bildirǝrǝk 2011-ci ildǝki ticarǝtin 130 milyon dollara çıxdığını qeyd edib.
Nazir, Türkiyǝdǝ yerli avtomobil istehsalatı üçün hazırlıqların davam etdiyini xatırladaraq deyib ki, sadǝcǝ hökumǝtlǝrin qǝbul etdiyi qǝrarlar kifayǝtli deyildir, özǝl sektorlar da üzǝrlǝrinǝ daha çox mǝsuliyyǝt götürmǝlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr