2015-ci il ağıllı saatların ili olacaq

Ağıllı saatlar 2015-ci ilə damğa vuracaq.

169737
2015-ci il ağıllı saatların ili olacaq

Həm telefon həm də mini kompüter kimi istifadə edilə ağıllı saatlar 2015-ci ilə damğa vuracaq.
Son on ildə texnika sürətlə dəyişib. 2015-ci il isə ağıllı saatların ili olacaq. Bu saatlar həm telefon, həm də mini kompüter olaraq istifadə edilə biləcək. Bundan başqa, nəbzi hesablayaraq yaddaşda saxlayacaq. Yüz minlərlə avro dəyərində olacaq yeniliyin ən sıravi xüsusiyyəti, saat göstərmək olacaq.
Araşdırmaçılar bu texnologiyanın bazar payının 2014-ci ildə 27 milyon avro olduğunu, lakin bu rəqəmin 2016-ci ildə 90 milyona, 2017-ci ildə isə 135 milyon avroya yüksələcəyini bildirirlər.
Yalnız ötən il altı fərqli modeli çıxan ağıllı saatlardan 2015-ci ildə daha çox insan istifadə edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr