Türk mühәndislәrdәn yeni ixtira

Türk mühəndis,elektriklə çalışan "Ekoloji Türk Avtomobili" ixtira edib.

173125
Türk mühәndislәrdәn yeni ixtira

Balıkəsirdə iki mühəndis, 8 aylıq zəhmətdən sonra elektriklə çalışan "Ekoloji Türk Avtomobili" ixtira edib. Avtomobilin ixtiraçılarından metallurgiya mühəndisi olan Çağatay Hergül, dünyada yeni trendin, elektrik nəqliyyat vasitələri olduğunu bildirərək, xüsusilə evlərə yemək daşımaq kimi xidmətlərdən istifadə edə biləcək motosikletlərə alternativ bir vasitə olduğunu deyib. Hesab olunur ki, avtobil motosikletlərə görə daha etibarlıdır eyni zamanda ticarət xərcləri və riskləri minimuma endirir. Avtomobilin istehsalçılarından elektrik və elektron mühəndisi Murat Güngör isə bildirib ki, avtomobilin 5 atlıq kiçik bir mühərriki və 5 nöqtəli təhlükəsizlik kəmərinə sahib oturacağı var. Avtomobilin çəkisi 250 kiloqramdır və 1,60 lirəlik elektriklə 60 kilometr gedə bilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr