"Ebola" virusu ilə mübarizəyə 24.4 milyon avro

Avropa İttifaqı "Ebola" virusu ilə mübarizəyə 24.4 milyon avro ayırıb.

169487
"Ebola" virusu ilə mübarizəyə 24.4 milyon avro

Avropa İttifaqı "Ebola" virusu ilə mübarizəyə 24.4 milyon avro ayırıb.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun verdiyi mǝlumata görǝ, vəsait səhiyyə işçilərinin qorunmasına, virusa qarşı peyvənd hazırlaması üçün aparılacaq tədqiqatlara və virusa yoluxmuş xəstələrin müalicəsi üçün xǝrclǝnǝcǝk.
Avropa İttifaqının "Ebola" virusuna qarşı mübarizənin səmərəliliyini təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə tǝyin etdiyi koordinator Kristos Stilianides noyabrın 1-dən rəsmi fəaliyyətə başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr