ABŞ-da ebola virusu

Ebola virusu Amerika Birləşmiş Ştatlarında da bir nəfərə yoluxub.

155057
ABŞ-da ebola virusu

Afrikada 4 mindən çox insanın ölümünə səbəb olan Ebola virusu Amerika Birləşmiş Ştatlarında da bir nəfərə yoluxub.
Ötən həftə Texas ştatında ölən ebolaya yoluxmuş Liberyalı xəstəyə xidmət edən tibb bacısında virus aşkarlanıb. Xəstəxana tibb bacısının təhlükəsizlik qaydalarını pozduğu üçün virusa yoluxduğunu açıqlayıb. Virusun digər xəstəxana işçilərinə yoluxub yoluxmadığı araşdırlır. Xəstəxanada təcili yardıma xəstə qəbulu dayandırılıb, ebolalı tibb bacısı təcrid edilib. Boston yaxınlığında da ebola səbəbi ilə bir klinikada karantin elan olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr