15 aydan sonra yenidən kosmik gəzinti başlayıb

Beynəlxalq Kosmos Stansiyasının astronavtları keçən il baş verən qəzadan sonra dayandırılan kosmik gəzintilərə yenidən başlayıblar.

150988
15 aydan sonra yenidən kosmik gəzinti başlayıb

Beynəlxalq Kosmos Stansiyasının astronavtları keçən il baş verən qəzadan sonra dayandırılan kosmik gəzintilərə yenidən başlayıblar.
Amerikan astronavt Reid Wiseman və Alman Alexander Gerst kosmosun boşluğuna çıxaraq stansiyanın yararsız halda olan nasosunu dəyişdiriblər. Cüt qapılı soyuducu böyüklüyündə və 350 kiloqram ağırlığındakı nasosun yerləşdirilməsi 6 saat çəkib. Xatırladaq ki, 2013-cü ilin iyulunda İtalyan astronavt kaskasına su dolması səbəbiylə boğulma təhlükəsi ilə üz-üzə qalmışdı. Amerika Birləşmiş Ştatlarında təşkil olunan bu gəzintilər qəzanın aradan qaldırılmasından sonra yenidən başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr