Dünya yeni bir virusun tәhdidi altında

Dünya Ebola epidemıyasına carə axtardığı bir vaxtda Latın Amerikası yeni bir virusla qarşı- qarəya qalıb.

142285
Dünya yeni bir virusun tәhdidi altında

Dünya Ebola epidemıyasına carə axtardığı bir vaxtda Latın Amerikası yeni bir virusla qarşı- qarəya qalıb.
Dominikan Respublikasında meydana gələn və minlərlə insana yoluxduğu ehtimal edilən tropik virus Çikunqunya Latın Amerikası və Karib bölgəsini təhlükə altına alıb. Ağcaqanadlarla yoluxan bu virus yorğunluq, baş ağrısı kimi əlamətlərlə özünü biruzə verir. Peruda ötən həftə üç nəfərdə bu epidemiya aşkar olunub.
Ölkədə ağcaqanadlara qarşı dərmanlama işləri başlanıb. Virus səbəbindən bir nəfərin öldüyü Kolumbiyada xəstəliyin mindən çox insana yoluxması təxmin edilir. Latın Amerikası səlahiyyətliləri epidemiyanın çox sürətlə yayıldığını, lazımlı tədbirlər görülməzsə bölgədəki itkilərin sayının 700 mini ötəcəyini proqnozlaşdırırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr