Toriumla "ağıllı yanacaq"

Türk araşdırmaçılar, “yaşıl nüvǝ ǝnǝrji” olaraq tanınmış torium madǝnini nanotexnologiya ilǝ işlǝyǝrǝk benzinli vǝ LPG-li bütün avtomobillǝrdǝ 30 faiz yanacaq qǝnaǝti tǝmin edǝn yeni texnologiya ixtira edib.

111947
Toriumla "ağıllı yanacaq"

Toriumla “ağıllı yanacaq” dövrü başlayır.
Türk araşdırmaçılar, “yaşıl nüvǝ enerji” olaraq tanınmış torium madǝnini nanotexnologiya ilǝ işlǝyǝrǝk benzinli vǝ LPG-li bütün avtomobillǝrdǝ 30 faiz yanacaq qǝnaǝti tǝmin edǝn yeni texnologiya ixtira edib.
“Torium Power” tǝxnologiyası ilǝ metallar arasındakı sürüşmǝ gücü azaldığı üçün avtomobilin at gücü artır vǝ bununla yüksǝlǝn avtomobilin gücü dǝ daha az yanacaq sǝrfinǝ imkan yaradır.
İstanbul Texnik Universiteti Kimya-Metalurji Fakültǝsi Şöbǝsindǝn taqaüdǝ çıxmış Prof. Dr. Okan Alpdǝmir dǝ Türkiyǝdǝki torium ocaqlarının çox zǝngin olduğunu bildirǝrǝk, nüvǝ yanacaq materialı olaraq da istifadǝ edilǝ bilǝn toriumun sürüşmǝni azaldaraq yanacaq sǝrfini dǝ azaltdığını deyib.

" Torium Power" teknologiyası sahǝsindǝ işlǝdiyini bildirǝn Alpdǝmir, bu teknologiya ilǝ 30 faiz yanacaq qǝnaǝti olduğunu sınaq etdiklǝrini, ancak irǝli sǝviyyǝdǝ sınaqların vǝ texnologiyaya dair patent müraciǝtilǝ bağlı hazırlıqların davam etdiyini bildirib.
İqtisadi Əmǝkdaşlıq vǝ Tǝrǝqqi Agentliyinin mǝlumatına ǝsasǝn dünyadaki torium ehtiyatının 11 faizi Türkiyǝdǝdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr