"Ebola virusu Avropaya da yayıla bilər"

Dünya Sağlamlıq Təşkilatı (WHO), Ebola epidemiyasının Avropaya da yoluxa biləcəyini bildirib.

78137
"Ebola virusu Avropaya da yayıla bilər"

Dünya Sağlamlıq Təşkilatı (WHO), Ebola epidemiyasının Avropaya da yoluxa biləcəyini bildirib.
Təşkilatın mətbuat katibi Tarik Yaşareviç, Qərbi Afrikada yayılan və 700-dən çox insanın ölümünə səbəb olan Ebola epidemiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsinin zəruriliyini, əks halda digər ölkələrə də yoluxa biləcəyini söyləyib.
Epidemiyanın Qvineya, Liberiya və Sierra Leonda ölkələrində yayıldığını qeyd edən Yaşareviç, ''Hal hazırda neçə adamın Ebola virusuna yoluxduğunu bilmirik. Bütün səylərimizi, Ebolaya tutulan insanları təsbit edib, lazımlı müdaxilələri etməyə yönəltmişik” deyə bildirib.
Yaşareviç, Ebola ilə mübarizədə köməklik göstərən insanların yetərli olmadığını ifadə edərək, epidemiyanın yayıldığı ölkələrdəki insanların dəstəyə daha çox ehtiyacları olduğunu söyləyib.
Virusun, təyyarə vasitəsilə ilk dəfə başqa bir ölkəyə, Liviyaya keçdiyini, bu səbəblə Avropaya da yayıla biləcəyini vurğulayan Yaşareviç, “ Epidemiya hava və ya su yolu ilə deyil, yaxın təmasla yoluxur. Virusla mübarizə edən həkimlərin bəzilərinin də bu xəstəliyə yoluxduğunu bilirik” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr