Qəzzada atəşkəs qüvvəyə minib

Fələstin müqavimət hərəkatı “Həmas” və İsrail arasında əldə olunan razılaşmadan sonra Qəzzada atəşkəs qüvvəyə minib

2232139
Qəzzada atəşkəs qüvvəyə minib
gazze'de ateskes sevinci.jpg
gazze'de ateskes sevinci.jpg
gazze.jpg
gazze'de ateskes sevinci.jpg

 

İsrail “Həmas”ın Qəzzadan bu gün azad ediləcək əsirlərin siyahısını açıqlamasından sonra atəşkəsin Türkiyə saatı ilə 12:15-də başladığını elan edib.

Fələstin müqavimət hərəkatı “Həmas” və İsrail arasında əldə olunan razılaşmadan sonra Qəzzada atəşkəs qüvvəyə minib. Atəşkəsin başlaması ilə Qəzzadakı mülki müdafiə işçiləri əllərində bayraqlarla yürüş edərək sevinc nümayişləri keçirib.

Mülki müdafiə işçiləri təcili yardım və yanğınsöndürən maşınları ilə Qəzza küçələrində uzun karvanlar təşkil ediblər.

“Həmas” və İsrail arasında əldə olunan atəşkəs və qarşılıqlı əsir mübadiləsi razılaşmasının qüvvəyə minməsindən sonra Xan Yunis şəhərinə sığınan fələstinlilər Rəfah şəhərindəki evlərinə qayıtmağa başlayıblar. “Həmas”ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsraillə əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində bu gün azad ediləcək 3 qadın əsirin adlarını açıqladıqdan sonra İsrail də bu gün azad ediləcək 3 israilli qadın əsirin siyahısını aldığını elan etmişdi. Digər tərəfdən, İsrailin bu gün səhər saatlarında Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 24-ə çatıb.


Etiketlәr: #sülh , #Qəzza , #İsrail , #"Həmas"

Әlaqәli Xәbәrlәr