İsrail ordusu qəzzalıları amansızcasına hədəf almağa davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında törətdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 46 876-ya yüksəlib

2231887
İsrail ordusu qəzzalıları amansızcasına hədəf almağa davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında törətdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 46 876-ya yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 469 gündür təşkil etdiyi hücumlar ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində törətdiyi 4 qətliam nəticəsində 88 nəfərin həyatını itirdiyi, 189 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 46 876-ya, yaralıların sayı isə 110 642-yə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr