Dmitri Peskov: ''Vladimir Putin Donald Trampla görüşə hazırdır''
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşə hazır olduğunu açıqlayıb
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşə hazır olduğunu açıqlayıb.
Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Dmitri Peskov vurğulayıb ki, mövcud problemlər Putin-Tramp görüşü üçün heç bir şərt tələb olunmadan, dialoq yolu ilə həll edilməlidir.
O, görüşün təfərrüatlarının Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra müəyyən ediləcəyini bildirib.
O, həmçinin Co Bayden administrasiyasının Ukraynaya yeni təhlükəsizlik yardımı göstərmək qərarını tənqid edərək, ABŞ-ın hazırkı administrasiyasının müharibəni davam etdirməyə çalışdığını bildirib.
Әlaqәli Xәbәrlәr
““Rosatom” ABŞ sanksiyalarına baxmayaraq fəaliyyətini davam etdirəcək” , D.Peskov
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 46 min 584-ə yüksəlib.