“İsrailə Səfiyyəni qurtarma çağırışımızı davam etdiririk”, T.A.Qebreyesus
ÜST Baş direktoru 27 dekabrda həbs olunmasından bu yana xəstəxana müdiri Hüsam Əbu Səfiyyənin təhlükəsizliyi və sağlamlığı haqqında heç bir aktual məlumat əldə edə bilmədiklərini qeyd edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin 27 dekabrda həbs etdiyi Kamal Advan Xəstəxanasının müdiri doktor Hüsam Əbu Səfiyyə ilə bağlı heç bir aktual məlumat əldə edə bilmədiklərini bildirib.
Qebreyesus İsrailin Qəzzada səhiyyə sistemini hədəf almasına dair “X” sosial media platformasında paylaşım edib.
İsrailin basqın etdiyi və yandırdığı Kamal Advan Xəstəxanasının tamamilə funksiyasız hala gəldiyini xatırladan ÜST Baş direktoru 27 dekabrda həbs olunmasından bu yana xəstəxana müdiri Hüsam Əbu Səfiyyənin təhlükəsizliyi və sağlamlığı haqqında heç bir aktual məlumat əldə edə bilmədiklərini qeyd edib. O, "İsrailə Səfiyyəni azad etmə çağırışımızı davam etdiririk" ifadəsini işlədib.
Xəstəxanalara və tibb işçilərinə qarşı hücumların sona çatmasının vacibliyini vurğulayan Tedros Adhanom Qebreyesus "Qəzzadakı insanların səhiyyə xidmətlərinə çıxışı təmin edilməlidir. Atəşkəsə nail olunmalıdır" deyə fikrini bildirib.
Әlaqәli Xәbәrlәr

İki ölkə səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib
Ər-Riyadda bir araya gələn iki ölkə nümayəndə heyətlərinin görüşü 4,5 saat davam edib.