Almaniyanın bütün hava limanlarında kompüter sistemi sıradan çıxıb

Almaniyada hava limanlarında yaranan texniki nasazlıqlar səbəbindən sərnişinlərin problemlərlə üzləşdiyi bildirilir

2226963
Almaniyanın bütün hava limanlarında kompüter sistemi sıradan çıxıb

Almaniyada hava limanlarında yaranan texniki nasazlıqlar səbəbindən sərnişinlər çətinliklərlə üzləşib. "Bild" qəzetinin federal polisə istinadən yaydığı məlumata görə, hava limanlarında uzun növbələrə kompüter sistemlərinin sıradan çıxması səbəb olub.

Sistem nasazlığının dəqiq səbəbi hələ məlum deyil, lakin problemi aradan qaldırmaq üçün işlər davam edir. WDR telekanalının məlumatına görə, Düsseldorf hava limanında təhlükəsizlik sektorunda uzun növbələr yaranıb. Həmçinin, Şengen ölkələrindən olmayan sərnişinlərin girişinə icazə verilmədiyi bildirilir.



Әlaqәli Xәbәrlәr