Qəzzada 34 hava zərbəsi nəticəsində 71 fələstinli ölüb

İsrailin yanvarın 2-də Qəzza zolağına endirdiyi 34 hava zərbəsi nəticəsində 71 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.

2226436
Qəzzada 34 hava zərbəsi nəticəsində 71 fələstinli ölüb

İsrailin yanvarın 2-də Qəzza zolağına endirdiyi 34 hava zərbəsi nəticəsində 71 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağında müdafiəsiz insanları hava hücumları ilə bombalamağa davam etdiyi bildirilib.

Açıqlamada İsrailin dünən həyata keçirdiyi 34 hava hücumunda 71 fələstinlinin öldüyü, onlarla fələstinlinin yaralandığı, Qəzzada dinc əhali və infrastrukturu hədəf alan bu hava hücumlarının İsrailin qaranlıq işlərinə əlavə edilən dəhşətli cinayətlər arasında olduğu qeyd edilib.

Açıqlamada İsrailin son 24 saat ərzində həyata keçirdiyi hava hücumlarından sonra imkanları çox məhdud olan xəstəxanaların yaralılarla dolduğu və İsrail ordusunun mülki müdafiə qruplarının cənazələrə çatmasına mane olduğu vurğulanıb.

Açıqlamada o da bildirilib ki, şimaldakı Qəzza şəhəri başda olmaqla bir çox bölgəyə endirilən hava zərbələrində həyatını itirənlərin cəsədləri hələ də küçələrdə və dağıntılar altındadır. İsrail hətta cəsədlərin toplanmasına icazə verməyərək beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirir. Ayrıca İsrail ordusunun 454 gündür Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı həyata keçirdiyinə diqqət çəkilərək, beynəlxalq ictimaiyyətin üzərinə düşən öhdəlikləri yerinə yetirərək  Fələstin xalqına qarşı bu müharibəni dayandırması tələb olunub.



Әlaqәli Xәbәrlәr