Qətər Hava Yolları Dəməşqə səfərlərə başlayacağını elan edib
Bu qərar regional əlaqələri gücləndirmək və sərnişin tələblərini qarşılamaq məqsədini daşıyır

Qətər Hava Yolları (Qatar Airways) 7 yanvar 2025-ci ildən etibarən Dəməşq Beynəlxalq Hava Limanına həftədə üç uçuş həyata keçirəcəyini elan edib. Bu qərar regional əlaqələri gücləndirmək və sərnişin tələblərini qarşılamaq məqsədini daşıyır.
Uçuşlardan əvvəl təhlükəsizlik və əməliyyat standartlarının təmin olunması üçün müvafiq orqanlarla əməkdaşlıq aparıldığı bildirilib.
“Qatar Airways Group”un baş direktoru Bədr Məhəmməd əl-Mir Suriyanın paytaxtı Dəməşqə uçuşlara yenidən başlamalarının məmnuniyyət doğurduğunu ifadə edib.
Qeyd edək ki, Qətərin Dəməşq səfirliyi 21 dekabr 2024-cü ildə yenidən açılmışdı.
Әlaqәli Xәbәrlәr

Boris Pistorius: “Rusiya-Ukrayna sülh danışıqlarına Avropa da daxil olmalıdır”
Boris Pistorius sabit, davamlı və ədalətli sülhün qurulmasının ən önəmli faktor olduğunu vurğulayıb