''Ford"un rəsmi X səhifəsində Fələstini dəstəkləyən paylaşımlar edilib
Amerika Birləşmiş Ştatlarının avtomobil istehsalçısı "Ford"un rəsmi X (Twitter) səhifəsində Fələstini dəstəkləyən paylaşımlar edilib.
2225506

Amerika Birləşmiş Ştatlarının avtomobil istehsalçısı "Ford"un rəsmi X (Twitter) səhifəsində Fələstini dəstəkləyən paylaşımlar edilib. Şirkətin rəsmi hesabında yayımlanan yazılarda "Azad Fələstin", "İsrail terror dövlətidir" və "Bütün gözlər Qəzzadadır" kimi ifadələr yer alıb.
Bəzi mənbələr isə "Ford"un rəsmi X səhifəsinin ələ keçirildiyini iddia ediblər. Sözügedən yazılar qısa müddət ərzində silinib.
Şirkət hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.