Cənubi Koreya prezidenti üçün həbs qərarı istənilir

Hazırda vəzifəsi dayandırılmış prezident dekabrın əvvəlində hərbi vəziyyət elan etdiyi üçün istintaqa cəlb edilib

2225232
Cənubi Koreya prezidenti üçün həbs qərarı istənilir

 

  Cənubi Koreya müstəntiqləri Yun Sak-Yol üçün həbs qərarı istəyirlər

  Cənubi Koreyanın istintaq bölməsi ölkə prezidenti Yun Sak-Yolun həbsinə order verilməsi üçün tarixi addım atır.

  Hazırda vəzifəsi dayandırılmış prezident dekabrın əvvəlində hərbi vəziyyət elan etdiyi üçün istintaqa cəlb edilib. Müstəntiqlərin fikrincə, onun hərəkətləri üsyan sayıla bilər. Çünki Yun nə polis, nə də korrupsiyaya qarşı mübarizə idarəsinin təkrar sorğu-suallarına məhəl qoymayıb.

  Cənubi Koreyada ilk dəfədir ki, vəzifədə olan prezident üçün belə bir tələb irəli sürülür.



Әlaqәli Xәbәrlәr