İsrailin hücumu zamanı yaralanan BMT əməkdaşları təxliyə edildi

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial platformasında paylaşım edib

2224946
İsrailin hücumu zamanı yaralanan BMT əməkdaşları təxliyə edildi

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin Sana Beynəlxalq Hava Limanına hücumu nəticəsində yaralanan Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşlarını təxliyə etməyi bacardı. 

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus BMT Dünya Ərzaq Proqramına (WFP) bağlı olan BMT Humanitar Hava Xidməti əməkdaşlarının Yəməndən təxliyəsi ilə bağlı “X” sosial platformasında paylaşım edib. O, 26 dekabrda İsrail ordusunun Sana Beynəlxalq Hava Limanına hücumu zamanı yaralanan BMT Humanitar Hava Xidməti əməkdaşlarının təxliyə edildiyini və İordaniyaya çatdırıldığını bildirib. Yaralıların burada daha yaxşı müalicə alacağını qeyd edib. 

Qebreyesus "Mülki şəxslərə və humanitar yardım işçilərinə qarşı hücumlar hər yerdə dayandırılmalıdır" deyə vurğulayıb. 



Әlaqәli Xәbәrlәr