Avropa İttifaqının elektron cihazlarda vahid enerji doldurma qaydası qüvvəyə minib
Aİ ölkələrində daşınan elektron cihazlar üçün yeni standart müəyyən edilib
Avropa İttifaqında (Aİ) sabahdan etibarən yeni smartfon, planşet və kamera kimi elektron cihazlarda “Usb-C” enerji doldurma girişi məcburi olacaq.
Aİ-nin tullantıları azaltmağı hədəfləyən və müxtəlif elektron cihazların “Usb-C”, “Micro Usb” və “Lightning” kimi fərqli enerji doldurma girişlərini uyğunlaşdıracaq vahid enerji doldurma qaydası 28 dekabr 2024 tarixindən etibarən qüvvəyə minib. Bu çərçivədə, Aİ ölkələrində daşınan elektron cihazlar üçün yeni standart enerji doldurma girişi “Usb-C” olaraq müəyyən edilib.
Bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqcıqlar, daşınan video oyun konsolları, dinamiklər, klaviatura kimi cihazlarda “Usb-C” enerji doldurma girişinin olması tələb olunur.
Bundan əlavə, elektron cihazların sürətli enerji doldurma sistemləri də uyğunlaşdırılacaq.
USB-C qaydası 28 aprel 2026-cı ildən etibarən noutbuklar üçün də keçərli olacaq.