Yeni Kaledoniyada hökumət süqut etdi

Fransız mətbuatındakı xəbərlərə görə...

2223855
Yeni Kaledoniyada hökumət süqut etdi

 

Fransanın Hind-Sakit okean regionundakı müstəmləkəsi olan Yeni Kaledoniyada Birgə Partiyanın idarəetmədən çəkilməsindən sonra hökumət süqut etdi.

Fransız mətbuatındakı xəbərlərə görə, müstəqillik əleyhinə olan Kaledoniya Birgə Partiyası hökumətdən çəkilməsi barədə Baş nazir Luis Mapuya məktub göndərib. Məktubda 13 may tarixindən etibarən Yeni Kaledoniyanın dərin sosial-iqtisadi böhrana sürükləndiyi və 3 ildir hakimiyyətdə olan Mapu hökumətinin kabineti adanın digər qurumlarından asılı olmayan bir qurum halına gətirdiyi iddia edilib. Fransa prezidenti Emmanuel Makronun Renesans Partiyasına bağlı olan Kaledoniya Birgə Partiyasının adadakı kabinetdən çəkilməsi ilə Mapunun rəhbərlik etdiyi hökumət süqut edib.

Müstəqillik tərəfdarı Mapu yeni hökumət qurulana qədər vəzifəsini davam etdirəcək. Yeni Kaledoniyada Konqres üzvləri hökuməti səsvermə ilə müəyyən edir. Müstəqillik tərəfdarı Luis Mapu 2021-ci ilin iyul ayında Baş nazir seçilmişdi.

Fransadan 17 min kilometr uzaqlıqda yerləşən Hind-Sakit okean regionundakı Yeni Kaledoniyada xalq Fransız hökumətinin yerli əhalinin seçkilərdəki təsirini azaldacaq konstitusiya islahatına qarşı çıxır. Konstitusiya dəyişikliyi layihəsi ilə hökumət ən azı 10 ildir adada yaşayan fransızların yerli seçkilərdə səs verməsinə imkan yaratmağı hədəfləyir. Yeni Kaledoniyanın yerli əhalisi olan kanaklar Fransa hökumətinin konstitusiya islahatı təşəbbüsünü 1998-ci ildə imzalanan Numea Sazişinə zidd hesab edirlər.

Adada may ayında islahata qarşı hərəkətə keçən yerlilər Fransa hökumətinin bu təşəbbüsündən imtina etməsini tələb edirlər. Yeni Kaledoniya 1998-ci ildə Numea Sazişi ilə muxtariyyət statusu qazanmış və sazişdə yerli əhalinin öz torpaqlarında azlığa çevrilməsinin qarşısını almaq üçün səsvermə hüququ adada 1998-ci ildən əvvəl yaşamağa başlayan şəxslər və onların övladları ilə məhdudlaşdırılmışdı.



Әlaqәli Xәbәrlәr