Cənubi Koreyada 65 və ondan yuxarı yaşdakı şəxlər əhalinin 20 faizinə çatıb
Cənubi Koreyada sosial-iqtisadi səbəblərdən doğum göstəriciləri azalmaqdadır
Cənubi Koreya "super yaşlı cəmiyyət" kateqoriyasına daxil olub. Ölkədə 65 yaş və yuxarı şəxslərin sayı 10,24 milyona çatıb.
Yaşlıların 51,22 milyon nəfərlik əhalinin 20 faizinə bərabər olması səbəbindən Cənubi Koreya "super yaşlı cəmiyyət" kateqoriyasına daxil olub.
Daxili İşlər Nazirliyi əhali məsələlərinə yönəlmiş bir nazirliyin yaradılması və tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu qeyd edib.
Birləşmiş Millətlər Təşkilatı 65 yaş və yuxarı şəxslərin əhalinin 7 faizini keçdiyi ölkələri "yaşlanan cəmiyyət", 14 faizini keçdikdə "yaşlı cəmiyyət", 20 faizini keçən ölkələri isə "super yaşlı cəmiyyət" kimi təsnif edir. 2023-cü ildə 0,72 ilə ən aşağı doğum göstəricisinə malik ölkələr sırasında yer alan Cənubi Koreyada sosial-iqtisadi səbəblərdən doğum göstəriciləri azalmaqdadır.