Fransua Bayru Fransanın yeni baş naziri təyin edildi
Fransa Prezidenti Emmanuel Makron “Demokratik hərəkat” partiyasının lideri Fransua Bayrunu Baş nazir təyin edib
Fransa Prezidenti Emmanuel Makron “Demokratik hərəkat” partiyasının lideri Fransua Bayrunu Baş nazir təyin edib.
Yelisey Sarayından verilən açıqlamada Bayrunun 2017-ci ildən bəri bütün seçkilərdə Makronun ortağı olduğu və bu vəzifəyə seçildikdən sonra Makronun 6-cı baş naziri olduğu bildirilib.
Xatırladaq ki, Fransada Milli Məclisdə etimad səsi ala bilməyən keçmiş Baş nazir Mişel Barniyerin azlıqda olan mərkəz sağçı hökuməti 3 aylıq fəaliyyətinin ardından istefa verdi. Sol ittifaq Yeni Xalq Cəbhəsi (NFP) ilə radikal sağçı Milli Birlik (RN) partiyası və onların tərəfdarlarının hökumətə qarşı təqdim etdiyi iki etimadsızlıq təklifi Milli Məclisin ümumi yığıncağında müzakirə edilib.Daha sonra keçirilən səsvermədə sol ittifaq tərəfindən təqdim edilən etimadsızlıq təklifinə 331 millət vəkili dəstək verdi. Təklifin qəbul edilməsi üçün tələb olunan 288 səs əldə edildi. Beləliklə, beşinci respublika dövrünün ən qısa müddətli Barniyer hökumətinin ömrü bitdi.
Әlaqәli Xәbәrlәr
Qəzza zolağında ölənlərin ümumi sayı
İsrailin 465 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 46 min 645-ə yüksəlib.