Çilidə 6,4 bal gücündə zəlzələ baş verib
ABŞ Geoloji Xidməti episentri Kuriko əyalətinin Molina şəhəri olan 6,4 bal gücündə zəlzələnin ocağının 110 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb
2220426
Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti episentri Kuriko əyalətinin Molina şəhəri olan 6,4 bal gücündə zəlzələnin ocağının 110 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.
Səlahiyyətlilər zəlzələ nəticəsində insan tələfatının və dağıntıların olmadığını bildirib.
Zəlzələ paytaxt Santyaqoda, həmçinin Kokimbo, Araukaniya, Valparaiso, Libertador Qral və Biobioda hiss olunub.
Әlaqәli Xәbәrlәr
Qəzza zolağına 808 humanitar yardım maşını daxil olub
Yanvarın 23-də Qəzza zolağına 808 humanitar yardım maşını daxil olub.