"Kamal Advan xəstəxanasına qarşı davam edən hücumlar qəbuledilməzdir", T.Qebreyesus
Qebreyesus Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına qarşı davam edən hücumların qəbuledilməz olduğunu qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına qarşı davam edən hücumların qəbuledilməz olduğunu qeyd edib.
Qebreyesus "X" sosial media platformasında İsrail ordusunun hücumuna məruz qalan Kamal Advan xəstəxanası ilə bağlı paylaşım edib.
Qebreyesus bildirib ki, xəstəxana direktorunun son hesabatına görə, dekabrın 7-də baş verən bombardman nəticəsində tibb işçiləri və xəstələr daha çox xəsarət alıb, xəstəxanada yanğın baş verib və elektrik enerjisi tamamilə kəsilib.
Kamal Advan xəstəxanasına davam edən hücumlar qəbuledilməzdir. Bu, Qəzzanın şimalındakı insanları onsuz da sahib olduqları minimal tibbi xidmətdən məhrum edir.
Qebreyesus xəstələrin, tibb işçilərinin və müəssisələrin qorunmasını, müntəzəm humanitar yardımın göstərilməsini və münaqişələrin dərhal dayandırılmasını tələb etdiklərini bildirib.
ÜST dekabrın 7-də İsrail ordusunun Kamal Advan xəstəxanası ətrafında həyata keçirdiyi intensiv bombardman və hücumlarda 33 nəfərin həyatını itirdiyini açıqlayıb.