İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir.
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 758-ə yüksəlib.
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 430 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qətliam”da 50 nəfərin həyatını itirdiyi, 84 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 758-ə, yaralıların sayı isə 106 min 134-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.