Trampdan Suriya və Rusiya açıqlaması

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp Suriyada süqut edən hökumətin devrilmiş prezidenti Bəşər Əsədin Rusiyadan dəstək ala bilmədiyi üçün ölkədən qaçmasına münasibət bildirib

2218233
Trampdan Suriya və Rusiya açıqlaması

 

  Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp Suriyada süqut edən hökumətin devrilmiş prezidenti Bəşər Əsədin Rusiyadan dəstək ala bilmədiyi üçün ölkədən qaçmasına münasibət bildirib.

  D.Tramp rejimin çökməsi ilə bağlı “Truth Social” sosial media platformasında açıqlama verib: "Əsəd getdi. Ölkəsini tərk etdi. Himayədarı Vladimir Putin başda olmaqla Rusiya artıq onu qorumaqda maraqlı olmadı. Rusiyanın Suriyaya marağını itirməsinin səbəbi Ukraynadır.

  İran və Rusiya öz bölgələrindəki problemlərə görə zəifləyib.

  Qaynar nöqtələrdə dərhal atəşkəs olmalıdır.

  Həddindən artıq həyat mənasız yerə heç olur, ailələr məhv edilir. Bu, belə davam edərsə, daha böyük və daha pis şeylərə çevrilə bilər.

  Mən Vladimiri yaxşı tanıyıram. Hərəkətə indi keçmək lazımdır. Çin də kömək edə bilər. Dünya gözləyir."



Әlaqәli Xәbәrlәr