Notr-Dam kilsəsi yenidən açıldı
Mərasimdə müxtəlif ölkələrin şahzadələri, prezidentləri, baş nazirləri və din xadimləri iştirak ediblər
Parisdə 2019-cu ildə baş vermiş yanğından sonra Notr-Dam (Notre Dame) kilsəsinin açılışı olub. Mərasimdə müxtəlif ölkələrin şahzadələri, prezidentləri, baş nazirləri və din xadimləri iştirak ediblər.
Dekabrın 7-də kafedralın Fransa saatı ilə 19:00-da baş tutan açılış mərasimində 40 min tamaşaçı gözlənilsə də, güclü külək və yağıntılı hava şəraitinə görə bundan on dəfə az ziyarətçi olub.
Kilsənin qarşısındakı meydanda tədbirin bir neçə mərhələsi, eləcə də ölkə prezidenti Emmanuel Makronun çıxışı, kafedralın yenidən qurulmasını əks etdirən filmin nümayişi və böyük konsert planlaşdırılsa da, hava şəraiti səbəbindən bu baş tutmayıb.
Qeyd edək ki, 340 min donorun hesabına toplanmış 846 milyon avrodan 700 milyonu Notr-Dam kilsəsinin yenidən qurulmasına xərclənib.
Әlaqәli Xәbәrlәr
Brayan Hyuz İsrail ilə Livan arasındakı atəşəslə bağlı bəyanat verdi
Ağ Ev İsrail və Livan arasında atəşkəsin təcili olaraq uzadılmasının vacibliyini vurğulayıb