Yunanıstanda etiraz aksiyası zamanı gərginlik yaşandı
2008-ci ildə Yunanıstanda polisin açdığı atəş nəticəsində həlak olan 15 yaşlı Aleksis Qriqoropulosun xatirəsi yad edilib.
2217945
2008-ci ildə Yunanıstanda polisin açdığı atəş nəticəsində həlak olan 15 yaşlı Aleksis Qriqoropulosun xatirəsi yad edilib. Qriqoropulosun ölümünün 16-cı ildönümü ilə əlaqədar paytaxt Afinada keçirilən anım yürüşünə 5 min nəfər qatılıb.
Gəncin öldürüldüyü Ekzarxiya səmtində gərginlik yaşanıb. Bəzi nümayişçilər polisə molotof kokteyli atıb, zibil qutularını yandırıblar. Yunan polisi etirazçılara bibər qazı ilə müdaxilə edib və qarşıdurma başlayıb. Hadisələrə görə, onlarla adamın saxlanıldığı açıqlanıb.
Әlaqәli Xәbәrlәr
Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yaydı
Türkiyə terroru mənbəyində məhv etmək strategiyasını davam etdirir