İsrail qüvvələri növbəti dəfə qaçqınlar düşərgəsini hədəf aldı
Qəzza zolağının mərkəzinə edilən hücum nəticəsində 6-sı uşaq, 5-i qadın olmaqla azı 20 fələstinli həyatını itirib.
Qəzza zolağının mərkəzinə edilən hücum nəticəsində 6-sı uşaq, 5-i qadın olmaqla azı 20 fələstinli həyatını itirib. Səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən ''Nusayrat'' qaçqınlar düşərgəsindəki evi bombalayıb. Hücum nəticəsində 6-sı uşaq, 5-i qadın olmaqla azı 20 fələstinli ölüb, 46 nəfər isə yaralanıb.
Şahidlər İsrail ordusunun döyüş təyyarələri ilə bombaladığı evin tamamilə dağıldığını, ətrafdakı evlərin də zərər gördüyünü bildiriblər. Mülki Müdafiə qrupları hadisə yerində axtarış və xilasetmə işlərini davam etdirir.
İsrailin 7 oktyabr tarixindən bəri Qəzza zolağına etdiyi hücumlarda təxminən 17 492-si uşaq, 11 979-u qadın olmaqla 44 612 fələstinli həyatını itirib, 105 834 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.
Әlaqәli Xәbәrlәr
““Rosatom” ABŞ sanksiyalarına baxmayaraq fəaliyyətini davam etdirəcək” , D.Peskov
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 46 min 584-ə yüksəlib.