Françeska Albanese Qəzzada baş verənləri qiymətləndirib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese deyib: "Artıq hərəkətə keçmək və bu vəhşiliyi dayandırmaq üçün əlimizdən gələni etmək vaxtıdır"
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese deyib: "Artıq hərəkətə keçmək və bu vəhşiliyi dayandırmaq üçün əlimizdən gələni etmək vaxtıdır".
Vyana Universitetində keçirilən konfransda çıxış edən Françeska Albanese İsrailin Qəzzada hərbi və insanlığa qarşı cinayətlər törətdiyini bildirib. O, Qəzzada baş verənləri müharibə adlandırmağın doğru olmadığını, çünki müharibələrin öz qaydalarının olduğunu vurğulayıb.
Keçmişdə baş verən digər nümunələrə, xüsusilə də yəhudilərin məruz qaldığı soyqırımlara toxunan Françeska Albanese soyqırımların əsas və ortaq kökünün ideoloji nifrət və qarşı tərəfi insanlıqdan kənarlaşdırmaq olduğunu qeyd edib. O, bu soyqırımda da həmin xüsusiyyətin açıq-aşkar göründüyünü bildirib.
Әlaqәli Xәbәrlәr
Qəzza zolağına 808 humanitar yardım maşını daxil olub
Yanvarın 23-də Qəzza zolağına 808 humanitar yardım maşını daxil olub.