Cənubi Koreyada qeyri-hökumət təşkilatlarının üzvləri nümayişlərini davam etdirirlər
Cənubi Koreya prezidenti Yun Sok Yolun istefasını tələb edən qeyri-hökumət təşkilatlarının üzvləri ikinci gün də nümayişlərini davam etdirirlər.
Cənubi Koreya prezidenti Yun Sok Yolun istefasını tələb edən qeyri-hökumət təşkilatlarının üzvləri ikinci gün də nümayişlərini davam etdirirlər.
Ötən gün şəhər mərkəzlərində toplaşan nümayişçilər bir neçə saat ərzində əvvəlki gün elan etdiyi hərbi vəziyyəti ləğv edən Yolun istefasını tələb ediblər.
Koreya Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də daxil olmaqla minlərlə qeyri-hökumət təşkilatı üzvləri Yolun istefası üçün nümayiş keçirib.
Nümayişçilər əllərində “Vətənə xəyanətkar cinayətkar Yun Sok Yolun və onun əlaltıları dərhal həbs edilməlidir” yazılmış pankartlarla yürüş ediblər.
Koreya Həmkarlar İttifaqları Konfederasiyası Yun vəzifəsini tərk edənə qədər qeyri-müəyyən müddətə tətil etmək qərarına gəlib.
Konfederasiya ilə yanaşı, İştirakçı Demokratiya Uğrunda Xalq Birliyinin və digər qeyri-hökumət təşkilatlarının üzvləri də bir gün əvvəl paytaxt Seulun Qvanqvamun meydanına toplaşaraq Yunun işdən çıxarılmasını tələb ediblər.
Hakim Xalq Gücü Partiyasının (PPP) lideri Han Donq-hun partiyasının Milli Assambleyadakı iclasında bildirib ki, prezident Yun vəzifəsində qalarsa, hərbi vəziyyət elan edilməsinin təkrarlanması ehtimalı var.
“Yeni üzə çıxan faktlar fonunda, Koreya Respublikasını və onun xalqını qorumaq üçün prezident Yun Sok Yolun səlahiyyətlərinin dərhal dayandırılmalı olduğu qənaətindəyəm”, - Han deyib.
Prezident Yon Sok Yol dekabrın 3-də müxalifətin “dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib.
Parlamentin fövqəladə iclasında hərbi vəziyyət qərarının ləğvi təklifi 190 deputatın səsi ilə qəbul edilib. Milli Assambleyanın Prezident Aparatı səsvermədən sonra hərbi vəziyyətin "hökmsüz qaldığını" elan edib.
Parlamentdəki səsvermədən sonra geri addım atan Yon nazirlər şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.