Cənubi Koreyada fövqəladə hərbi vəziyyət ləğv olundu

Cənubi Koreyanın konstitusiyasına əsasən ...

2216732
Cənubi Koreyada fövqəladə hərbi vəziyyət ləğv olundu

 

  Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.

  Dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb. Prezident Yun Sok Yol hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnaməni qəbul edib.

  Cənubi Koreyanın konstitusiyasına əsasən, əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.

  Parlamentin qərarından sonra prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması razılaşdırılıb.

  Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb.

Bu arada, Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyen vətəndaşlardan üzr istəyərək istefa verib.

Yonhap agentliyinin məlumatına görə, nazir bu addımı ölkədə hərbi vəziyyət rejiminin elan edilməsi ilə bağlı yaranan vəziyyətə görə atdığını bildirib.

Bir müddət öncə, Cənubi Koreyanın aparıcı müxalif “Toburo” demokratik partiyası Kim Yon Hyenə impiçment elan edilməsi təklifi ilə müvafiq parlament orqanına müraciət etmişdi.

  Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.

 



Әlaqәli Xәbәrlәr